“Qəbələ” Rəşad Abdullayevlə gücləndi
Şəhriyar Xəlilovu heyətinə qataraq ilk transferini reallaşdıran “Qəbələ” ikinci yeni futbolçu ilə gücləndi. İdman.com.az saytının məlumatına görə, “qara-qırmızılar”, “Xəzər-Lənkəran” və “Neftçi” kimi komandaların heyətində uğurlu çıxışı ilə yadda qalan Rəşad Abdullayevlə birillik müqavilə bağladı.

I Qəbələ Kubokunun açılış mərasimində ictimaiyyətə təqdim olunan Abdullayevə klubun vitse-prezidenti Fariz Nəcəfov tərəfindən “Qəbələ” forması təqdim edildi.

Mərasimdən sonra futbolçunun iştirakı ilə kütləvi informasiya vasitələri üçün brifinq təşkil olundu.

Xəbər 938 dəfə oxundu.