“Sabah” klubu yeni ildə ilk məşqinə çıxıb
“Sabah” futbol klubu yeni ildə ilk məşqinə çıxıb. Məşq “Bank Respublika Arena”nın ehtiyat meydançasında baş tutub. Komandanın yeni transferi Mario Marina da ilk məşqdə iştirak edib.

Azsport.az kluba istinadla xəbər verir ki, komanda yanvarın 7-dək Masazırda məşqlərini davam etdirəcək. Ayın 8-də Türkiyəyə yola düşəcək olan “Sabah” burada 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Baş məşqçi Jelko Sopiçin yetirmələri yanvarın 11-də Macarıstanın “Pakş”, dörd gün sonra Rumıniyanın “Akademika Klinçeni”, ayın 19-da isə Qazaxıstanın “Kaysar” klubları ilə qarşılaşacaq. Daha bir rəqib isə qarşıdakı günlərdə müəyyənləşəcək.

Komanda Bakıya yanvarın 22-də qayıdacaq.


Xəbər 693 dəfə oxundu.