«Qəbələ» «Qalatasaray»a uduzdu
15 yaşlı futbolçular arasında I Qəbələ kuboku davam edir. İdman.com.az saytının məlumatına görə, «A» qrupunda bu gün saat 19:00-da «Qəbələ» İstanbul «Qalatasaray»ı ilə görüşdü. Qarşılıqlı hücumlar şəraitində keçən matçda sevinən qonaqlar oldu – 2:0. Eyni saxtda «B» qrupunda «Qarabağ» Niderlandın «Feyenoord» klubu ilə qarşılaşdı. Həmin oyunda rəqib qalib gəldi.

«A» qrupunda 4 xalla «Qalatarasaray» liderlik edir. «Qəbələ» liderdən 1 xal geri qalır. «Qarabağ» səhər İspaniya təmsilçisi «Levante»yə uduzduğundan, yüksək yerlər tutmaq imkanını itirdi.

Sabah meydan sahibləri saat 10:00-da «Vilyarreal»la (İspaniya) görüşəcək. Bu matçda «Qəbələ»yə irəli adlamaq üçün 1 xal da yetər. «Qarabağ», eyni vaxtda öz qrupunun lideri – Serbiyanın 15 yaşlı futbolçulardan ibarət millisi ilə üz-üzə gələcək.

Xəbər 994 dəfə oxundu.