Azərbaycan badmintonçuları Ukraynada keçirilən açıq turnirdə uğurlu çıxış ediblər
Azərbaycan badmintonçuları Ukraynanın Xarkov şəhərində 2008-ci il və daha aşağı yaş qrupları arasında keçirilən açıq turnirdə iştirak ediblər.

Turnirə geniş heyətlə qatılan komanda bütün kateqoriyalarda mükafatçılar sırasında yer alıb. Emil Akçurin şəxsi və qoşa yarışda birinci, qarışıq-qoşada isə üçüncü yeri tutub. Ülvi Hüseynov şəxsi yarışda gümüş, qoşa yarışda qızıl, qarışıq-qoşada isə bürünc medala sahib olub. Nərmin Hüseynova və Əminə İsmayılova isə qoşa yarışda ikinci, qarışıq-qoşada isə üçüncü yerlə kifayətləniblər.

Xəbər 991 dəfə oxundu.