Gənclər və İdman naziri bədii gimnastika üzrə yığma komandamızın yoxlama məşqlərini izləyib
Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov Milli Gimnastika Arenasında olub.

Azsport.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, bədii gimnastika üzrə yığma komandamızın üzvlərinin yoxlama məşqlərini izləyən nazir daha sonra gimnastlarımızın suallarını cavablandırıb.

Sonda A.Rəhimov yığma komandamızın üzvləri ilə xatirə şəkilləri çəkdirib.

Xəbər 6335 dəfə oxundu.