Boks üzrə yığma komandamız təlim-məşq toplanışını başa vurub
Azərbaycanın boks üzrə yığma komandası Abşeron Olimpiya İdman Kompleksində keçirilən təlim-məşq toplanışını başa vurub.

Komanda üzvləri məşq toplanışının sonuncu günündə, əsasən bərpaedici təmrinləri yerinə yetiriblər. Beləliklə, boksçularımız üçün daha bir il və bir-birini əvəzləyən təlim-məşq toplanışı yekunlaşıb. İstirahətə yollanan komandamız 2020-ci il yanvarın 4-də yenidən bir araya gələcək. Boksçularımız əsas hazırlığı lisenziya yarışlarına yönəldəcəklər.

Qeyd edək ki, gələn il martın 13-23-də Avropa Olimpiya təsnifat turniri Londonda, mayın 13-24-də dünya Olimpiya təsnifat turniri Parisdə keçiriləcək.

Xəbər 941 dəfə oxundu.