Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş budo turnirinə start verilib
Dekabrın 29-da Hövsan Olimpiya İdman Kompleksində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş budo turniri start götürüb.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Budo Döyüş Növləri Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə paytaxt və bölgələrdən 500-ə yaxın idmançı iştirak edir.

Yarışın qalibləri nazirlik və federasiya tərəfindən diplom və medallarla təltif olunacaqlar.

Xəbər 625 dəfə oxundu.