Son 2 ayda 2-ci mükafat
Gənclər arasında son dünya çempionu və London olimpiadasının iştirakçısı Fəridə Əzozavaya daha bir mükafat təqdim edilib. İdman.com.az saytnın məlumatına görə, perspektivli taekvondoçu Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar təşkil etdiyi tədbirdə “Azərbaycanın gələcəyi” diplomu və mükafatına layiq görülüb.

Bu nüfuzlu Komitənin, beynəlxalq müsabiqələrdə və yarışlarda qalib gələn və yüksək yerlər tutan uşaq və yeniyetmələr üçün nəzərdə tutduğu “Azərbaycanın gələcəyi” mükafatı, Fəridənin son iki ayda növbəti ictimai mükafatıdır. Apreldə Müstəqil Milli-İctimai “Humay” Mükafatına da sahib olan idmançımız, London olimpiadasına son hazırlıqları keçmək üçün olimpiya komandası ilə birgə Koreya respublikasındadır.

Xəbər 1363 dəfə oxundu.