Azərbaycan Xüsusi Olimpiya Komitəsi 2019-cu ilə yekun vurub
Bakı İdman Sarayında Azərbaycan Xüsusi Olimpiya Komitəsinin cari ildəki fəaliyyətinin yekunlarına dair tədbir keçirilib.

Komitənin prezidenti Şahin Əliyev xüsusi olimpiyaçılarımızın bu ili uğurlarla başa vurduğunu vurğulayaraq deyib: “Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçirilən Xüsusi Yay Olimpiya Oyunlarında Azərbaycan komandası möhtəşəm qələbəyə imza atıb. Oyunlarda 54 idmançı ilə təmsil olunan yığmamız 24 (6 qızıl, 10 gümüş, 8 bürünc) medal qazanıb. İdmançılarımız atletika, pauerliftinq, cüdo, stolüstü tennis, badminton, futbol, həndbol, basketbol, voleybol və üzgüçülük idman növlərində mübarizə aparıb və ölkəmizi yüksək səviyyədə təmsil ediblər”.

Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov, Komitənin vitse-prezidenti Fazil Mustafa ölkəmizdə xüsusi olimpiya hərəkatının inkişafı istiqamətində görülən işlərdən danışıblar.

Xəbər 340 dəfə oxundu.