Rapid üzrə dünya çempionatında sonuncu turların oyunları keçiriləcək
Moskvada şahmatın rapid növü üzrə “King Salman World Cup” dünya çempionatı davam edir.

Yarış iştirakçıları çempionatın sonuncu turlarının oyunlarında iştirak edəcəklər. Qeyd edək ki, Azərbaycanı rapid yarışlarında 11 şahmatçı (6 kişi, 5 qadın) təmsil edir.

Şahmatçılarımızdan ən yaxşı nəticəni Şəhriyar Məmmədyarov göstərib. Belə ki, təmsilçimiz 7 xalla beşinci yerdədir. Komandamızın digər üzvü Qədir Hüseynov eyni xalla 9-cu pillədə qərarlaşıb. Turnir cədvəlinə 8 xalla hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen başçılıq edir.
Rapid yarışlarından sonra dünya çempionatı çərçivəsində blits turniri keçiriləcək.

Yarış dekabrın 30-da başa çatacaq.
Qeyd edək ki, Ş.Məmmədyarov 2013-cü ildə rapid üzrə dünya çempionatının qalibi olub.


Xəbər 810 dəfə oxundu.