“Prezident kuboku” beynəlxalq döyüş sənətləri festivalından medalla qayıdan ağcabədili idmançılarla görüş
Ağcabədi rayon gənclər və idman idarəsində “Prezident kuboku” beynəlxalq döyüş sənətləri festivalında yüksək nəticə göstərmiş ağcabədili idmançılarla görüş keçirilib.

Gənclər və idman idarəsinin rəisi Rüfət Quliyev idmançıları turnirdə uğurlu çıxışlarına görə təbrik edib, onlara bundan sonrakı yarışlarda da qələbələr arzulayıb. Məlumat verilib ki, “Prezident kuboku” beynəlxalq döyüş sənətləri festivalında 11 ölkədən 900-dən çox idmançı mübarizə aparıb. Turnirdə Ağcabədi rayonundan olan Əmrah Quliyev 45 kiloqram çəki dərəcəsində birinci, İlkin Bəşirov 65 kiloqram çəki dərəcəsində birinci, Orxan Sadıqov 71 kiloqram çəki dərəcəsində ikinci, Şəmil Cəfərov 55 kiloqram çəki dərəcəsində ikinci yerə layiq görülüb.

Xəbər 738 dəfə oxundu.