Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş budo turniri keçiriləcək
Dekabrın 29-da Hövsan Olimpiya İdman Kompleksində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş budo üzrə turnir keçiriləcək.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Budo Döyüş Növləri Federasiyasının təşkilatçılığı ilə keçiriləcək turnirdə paytaxt və bölgələrdən 500-ə yaxın idmançı iştirak edəcək.

Yarışın qalibləri nazirlik və federasiya tərəfindən diplom və medallarla təltif olunacaqlar.

Xəbər 712 dəfə oxundu.