Ağcabədi idmançıları cari ildə 230 ədəd medal qazanıb
2019-cu il Ağcabədi rayonunun idman həyatında uğurlu olub.

Ağcabədi rayonunda futbol, voleybol, karate-do, taekvondo, kikboksinq, atletika, şahmat, uşu-sanda, muay-tay, cüdo, tayboksinq, sərbəst güləş, alpaqut, juboksinq-citsu, bodibildinq, MMA, kyokşinkay karate, aşihara karate və boks idman növləri fəaliyyət göstərir. Rayonun uşaq, yeniyetmə və gəncləri 170-dən çox idman qurğusundan, 40-dan artıq stadiondan istifadə edirlər.

2019-ci ildə rayon idmançıları dünya çempionatı, dünya kuboku, beynəlxalq, respublika və zona yarışlarında, ümumilikdə 230 ədəd medal və diploma layiq görülüblər ki, bunların da 91 ədədi 1-ci yer, 61 ədədi 2-ci yer, 78 ədədi 3-cü yerdir. Medalların 6-sı dünya çempionatında, 5-i dünya kubokunda, 62-si beynəlxalq yarışlarda, 100-ü Azərbaycan çempionatı, kubok və turnirlərdə, 57-si isə zona birinciliklərində qazanılıb. Rayon idmançılarından Puri Elsəvər, Əliyev Vüqar, Aysel Mirzəyeva və Puri Şəhriyar Alpaqut idman növü üzrə dünya çempionu adına layiq görülüb. Əsgərov Əkbər Ciyutadio idman növü üzrə dünya kubokunun sahibi olub.

Xəbər 722 dəfə oxundu.