Masallı taekvandoçusu respublika çempionatında qızıl medal qazanıb
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində taekvando idman növü üzrə yeniyetmələr, gənclər və böyüklər arasında keçirilən respublika çempionatında Masallının yeniyetmə idmançısı qızıl medal qazanıb.

Çempionatda Masallı Rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən UGİM-in yetirmələri də mübarizə aparıblar.

Yeniyetmə qızlar arasında mübarizə aparan Sevda Əzizova 44 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xəbər 772 dəfə oxundu.