“Sumqayıt” Polşa klubu ilə qarşılaşacaq
Qış fasiləsində Türkiyədə təlim-məşq toplanışı keçəcək “Sumqayıt” futbol klubunun yoxlama oyunlarındakı rəqiblərindən biri müəyyənləşib.

Ayxan Abbasovun yetirmələri Polşanın “Arka” klubu ilə qarşılaşacaq. Oyun yanvarın 21-də baş tutacaq.

Polşa çempionatının Ekstra klasında çıxış edən “Arka” 20 turdan sonra 21 xalla 13-cü pillədə qərarlaşıb.

Xəbər 932 dəfə oxundu.