Olimpiya iştirakçımız dünyasını dəyişdi
Sərbəst güləş üzrə gənclərdən ibarət Azərbaycan yığma komandasının məşqçisi Elnur Aslanov iyunun 1-də avtomobil qəzası nəticəsində dünyasını dəyişib. İdman.com.az saytının məlumatına görə, bununla əlaqədar Azərbaycan Güləş Federasiyasının rəhbərliyi və kollektivi mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir, onlara Allahdan səbr diləyir.

Qeyd ki, 2002-ci ildə gənclər arasında Avropa birinciliyinin gümüş medalını qazanan Elnur Aslanov, Azərbaycanı 2004-cü il Afina Yay Olimpiya Oyunlarında təmsil edib. Bundan başqa, o, dəfələrlə Azərbaycan çempionatları və beynəlxalq turnirlərin qalib və mükafatçısı olub.

Allah rəhmət eləsin!

Xəbər 1593 dəfə oxundu.