Bloxin heyəti açıqladı
Ukrayna yığmasının baş məşqçisi komandanın evdəki qitə çempionatına yekun heyətini açıqlayıb. İdman.com.az saytının məlumatına görə, kollektivdə ən böyük heyət Kiyev «Dinamo»sundandır – 9 nəfər. Millidə artıq qalan oyunçular isə «Dnepr»dən Vitali Mandzyuk, «Metallurq»dan Aleksandr Bandura və «Şayxtyor»dan Taras Stepanenkodu. Bloxinin 23-lüyü isə belədir:

Qapıçılar: Aleksandr Qoryainov («Metallist» X.), Maksim Koval («Dinamo» K.), Andrey Pyatov («Şaxtyor»)
Müdafiəçilər: Yaroslav Rakitski, Aleksandr Kuçer, Vyaçeslav Şevçuk (hamısı – «Şaxtyor»), Taras Mixalik, Yevgeni Xaçeridi (hər ikisi – «Dinamo» K.), Boqdan Butko («İliçeves»), Yevgeni Selin («Vorskla»)

Yarımmüdafəiçilər: Aleksandr Əliyev, Denis Qarmaş, Oleq Qusev, Andrey Yarmolenko (hamısı – «Dinamo» K.), Yevgeni Konoplyanka, Ruslan Rotan (hər ikisi – «Dnepr»), Sergey Nazarenko («Tavriya»), Anatoli Timoşşuk («Bavariya», Almaniya)

Hücumçular: Artyom Milevski, Andrey Şevçenko (hər ikisi – «Dinamo» K.), Marko Deviç («Metallist»), Yevgeni Seleznyov («Şaxtyor»), Andrey Voronin («Dinamo» M., Rusiya)

Xəbər 1041 dəfə oxundu.