Rapid üzrə dünya çempionatında şahmatçılarımızın rəqibləri müəyyənləşib
Bu gün Moskvada rapid üzrə “King Salman World Cup” adlı dünya çempionatı start götürür.

Dünya çempionatında mübarizə aparacaq şahmatçılarımızın rəqibləri müəyyənləşib. Belə ki, Şəhriyar Məmmədyarov macarıstanlı Robert Ruç, Eltac Səfərli rusiyalı Ruslan Şerbakov, Qədir Hüseynov isveçli Pontus Karlson, Rauf Məmmədov israilli Aleksandr Huzman, Namiq Quliyev qazaxıstanlı Murtas Kazqalayev, Aydın Süleymanlı rusiyalı Vladimir Belovla mübarizə aparacaq.

Qadın şahmatçıların yarışında Ülviyyə Fətəliyeva çinli Zhongyi Tan, Gülnar Məmmədova rusiyalı Anastasiya Bykova, Türkan Məmmədyarova rusiyalı Tatyana Bogumil, Günay Məmmədzadə rusiyalı Mariya Yakimova, Zeynəb Məmmədyarova isə çinli Yuxin Songla görüşəcəklər.

Dünya çempionatı çərçivəsində dekabrın 28-dək davam edəcək rapid yarışlarından sonra blits turniri keçiriləcək. Yarış dekabrın 30-da başa çatacaq.


Xəbər 737 dəfə oxundu.