Avro-2012 Lempardı itirir
İngiltərə yığmasının yarıvmmüdafiəiçisi Frenk Lempard məşqlərdə zədə alıb və bu səbəbdən qitə çempionatından kənar qala bilər. İdman.com.az saytının məlumatına görə, futbolçu çanaq sümüyünü zədələyib. Bu gün keçiriləcək tibbi müayinə zədənin nə dərəcədə ciddi olduğunu müəyyən etməlidir.

Lempardın başına gələnə tez reaksiya verən inigilis yığmasının rəhbərliyi tələsik ona mümkün əvəz kimi «Liverpul»dan Cordan Hendersonu çağırıb.
Lempard İngiltərə yığmasının ilk itkisi deyil. Bir neçə gün öncə komandanın digər yarımmüdafiəiçisi Qarret Beri zədə alaraq Avropa çempionata getmək şansını itirmişdi. Hocson onu «Everton»dan Fil Consla əvəzlədi.

Xəbər 893 dəfə oxundu.