Cavadov Rəşad Qəmərşah oğlu
Rəşad Qəmərşah oğlu Cavadov 1970-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini 1977-1987-ci illərdə Bakının 248 nömrəli məktəbində, ali təhsilini isə Bakı Dövlət Universitetinin filologiya fakültəsində alıb (1987-1992).

Əmək fəaliyyətinə universiteti bitirdikdən sonra, 1992-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsində mütəxəssis vəzifəsində başlayıb.
2000-ci ildə isə “İnsan hüquqları” qəzetində jurnalist fəaliyyətinə başlayıb. Bir neçə il qəzetdə müxbir kimi çalışıb.

2004-cü ildə “Sportsman” jurnalını təsis edib. 2007-ci ildə BDU-nun Bədən tərbiyəsi və idman kafedrasının nəzdində inşa olunmiş üzgüçülük kompleksində təlimatçı vəzifəsində çalışıb.

“Sportsman” jurnalının və www.sportsman.az saytının baş redaktorudur.
Rəhbərlik etdiyi “Sportsman” jurnalı dəfələrlə Azərbaycan Gənclər və İdman nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan İdman Jurnalistləri Assosiasiyası və müxtəlif federasiyalar tərəfindən ilin idman dərgisi seçilərək, diplom və fəxri fərmanlarla təltif olunub.

Dünya (AİPS) və Avropa İdman Jurnalistləri Birliyinin (UEPS) üzvü, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) vitse-prezidentidir.

Hal-hazırda ehtiyatda olan zabitdir.

Xəbər 1687 dəfə oxundu.