İlin yekunları ilə bağlı Xəzər rayonun idman ictimaiyyəti ilə görüş keçirilib
Dekabr 25-də Xəzər rayon Gənclər və İdman İdarəsi rayon Gənclər Evində məşqçilərin, idmançıların, fiziki tərbiyə sahəsində işləyən müəllimlərin işini qiymətlədirmək və bu sahəyə olan marağı yüksəltmək məqsədilə ilin yekunları ilə bağlı rayonun idman ictimaiyyəti ilə görüş keçirilib.

Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Rəşad Əliyev, Xəzər rayon Gənclər və İdman idarəsinin rəisi Vüqar Əliyev rayonun idman ictimaiyyəti qarşısında çıxış edərək onları təbrik edib, rayonun 2019-cu il ərzində əldə etdiyi nəaliyyətlər haqqında məlumat verib, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Yekunda 2019-cu il ərzində Respublika, Beynəlxalq səviyyədə fərqlənmiş idmançılar məşqçi müəllimlər, həmçinin rayon məktəbləri arasında müxtəlif idman növləri üzrə keçirilən yarışlarda ilk üç yeri tutmuş məktəblər (1-ci yer 26 saylı tam orta məktəb, 2-ci yer 149 saylı tam orta məktəb, 3-cü yer 117 saylı tam orta məktəb), Olimpiya Hərəkatı Proqramı çərçivəsində Həndbol üzrə Bakı şəhər birinciliyində 1-ci yeri tutduğuna görə 183 saylı tam orta məktəb Fəxri Fərmanlarla təltif olunublar.

Xəbər 798 dəfə oxundu.