Moskvada rapid və blits üzrə dünya çempionatı keçiriləcək
Dekabrın 26-dan 30-dək Moskvada rapid və blits üzrə dünya çempionatı keçiriləcək.

Dünya çempionatı çərçivəsində rapid yarışları dekabrın 26-dan 28-dək davam edəcək. Blits turniri isə dekabrın 29-30-da keçiriləcək. Azərbaycanı rapid yarışlarında Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Rauf Məmmədov, Namiq Quliyev, Aydın Süleymanlı təmsil edəcəklər. Blits turnirində isə kişilər arasında Ş.Məmmədyarov, Q.Hüseynov, R.Məmmədov, N.Quliyev, A.Süleymanlı ilə yanaşı, Eltac Səfərli də mübarizə aparacaq. Qadın şahmatçıların həm rapid, həm blits yarışlarında Zeynəb və Türkan Məmmədyarovalar, Gülnar Məmmədova, Günay Məmmədzadə və Ülviyyə Fətəliyeva iştirak edəcəklər.

Xəbər 779 dəfə oxundu.