«Vilyarreal»ın baş məşqçisi: Qəbələdə belə gözəl şəraitin olacağını gözləmirdim
Əvvəllər «Atletik» Bilbaosunda işləmişəm. Bir ildir «Vilyarreal» klubundayam. Azərbaycana gəlməmişdən öncə, sizin ölkə barədə müəyyən bilgim vardı. Bu yaxınlarda Bakıda «Avroviziya» musiqi yarışının keçirildiyini bilirdim. İnternet vasitəsi ilə də məlumatlar toplamışdım. Üstəlik, 2 il qabaq Azərbaycan millisinin İspaniya komandası ilə yoldaşlıq oyunu keçirdiyindən xəbərim vardı».

Bunu idman.com.az saytna açıqlamasında «Viyarreal» klubunun 15 yaşlı futbolçulardan ibarət komandasının baş məşqçisi Eder Salaviya dedi. Onun sözünə görə, Qəbələdə yaradılan şərait yüksək səviyyədədir:

««Qəbələ» klubunun yaxşı işlər gördüyündən xəbərdar idim. Amma səviyyənin belə yüksək olacağını gözləmirdim. Meydan sahibləri ilə oyunumuz yaxşı keçdi. Rəqib komandada bir neçə oyunçu xoşuma gəldi. İnanıram ki, yaradılan belə şəraitn sonra yaxın gələcəkdə burada səviyyəli futbolçular yetişəcək».

KAMRAN

Xəbər 1198 dəfə oxundu.