Qadın voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışına start verib
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışına start verib. Yığmamız Avropa Olimpiya Təsnifat Turnirinə hazırlığa Azərbaycan Voleybol Mərkəzində başlayıb.

Vasif Talıbovun rəhbərlik etdiyi komanda ilkin məşqləri Bakıda keçirəcək. Voleybolçularımız sonra Türkiyə və Polşada təlim-məşq toplanışında olacaqlar. Komandamız hazırlığın gedişində bir neçə yoxlama matçında qüvvəsini sınayacaq.

Qeyd edək ki, “Tokio 2020” Yay Olimpiya Oyunları üçün Avropa Olimpiya Təsnifat Turniri gələn il yanvarın 7-12-də Niderlandın Apeldorn şəhərində keçiriləcək. A qrupunda yer alan Azərbaycan millisi mübarizəyə ev sahibləri ilə başlayacaq. Ardınca Bolqarıstanla qarşılaşacaq yığmamız sonuncu matçda Polşa ilə üz-üzə gələcək.

Digər qrupda isə Almaniya, Türkiyə, Xorvatiya və Belçika qüvvəsini sınayacaq. Yarışın qalibi Olimpiadada iştirak hüququna yiyələnəcək.

Xəbər 822 dəfə oxundu.