«Qəbələ» İspaniya klubunu məğlub etdi
15 yaşlı futbolçular arasında I Qəbələ kuboku sona çatmaq üzrədir. İdman.com.az saytının məlumatına görə, bu gün axşam ilkin final mərhələsi başa çatdı. Saat 19:00-da, 5-8-ci yerlər uğrunda başlayan matçda, birinci oyuna «Qarabağ» klubu çıxdı. Rəqib İspaniya «Vilyarreal»ı oldu. Pireneylilərin üstünlüyü ilə keçən görüşdə qonaqlar 2 qol vurdular. Paralel olaraq 1-4 yerlər uğrunda qarşılaşmada Serbiya millisi "Brondbü" komandasını minimal hesabla yendi və finala çıxdı.

Saat 18:30-da «Qəbələ» 5-8-ci yerlər üçün mübarizədə Niderlandın "Feyenoord" kollektivi ilə üz-üzə gəldi. Matça fəal başlayan meydan sahibləri ilk dəqiqələrdə bir neçə qol imkanı qazandı. Amma rəqib müdafiəsi diqqətli oldu. İlk hissnin sonunda qonaqlar cərimə zərbəsində hesabı açıdlar. Növbəti yarının əvvəllərində «Qəbələ» dönüş yaratmaq üçün irəli atıldı. Bir neçə yüz faizlik qol vəziyyətini boşa verən «qara-qırmızılar», əks-hücumda qapısında 2-ci topu gördü. Amma ruhdan düşməyə meydan sahibləri hesabda tarazlıq yarada bildi – 2:2. Matç bu nəticə ilə bitdiyindən, qalibi 11-metrlik cərimə zərbələri müəyyənləşdirdi. Penaltilərdə daha dəqqi oldu (5:4).
Digər oyunda 1-4-cü yerlər uğrunda qarşılaşmada «Qalatasaray» İspaniya «Levante» ilə münasibətinə aydınlıq gətirdi. İstanbulluların yeganə qolu onları finala daşıdı.

Qeyd edək ki, ustalardan fərqli 15 yaşlı futbolçuların turnirində matç 45 deyil, 30 dəqiqə oynalınır. Sabah komandalar istirahət edəcəklər. Turnirə iyunun 3-də yekun vurulacaq.

Kamran HACI, Qəbələ

Xəbər 1040 dəfə oxundu.