Ronaldinyu «Flamenqo»dan getmək istəyir
Braziliya «Flamenqo»sunun ulduzu Ronaldinyu çərşənbə axşamı Rio De Janeyroya gəlib məşqlərini bərpa etməli olsa da, bu, baş verməyib. Futbolçunun agenti Roberto Asis bildirib ki, onun üçün əlavə istirahət günü istəyib. Ancaq mətbuata sızan məlumata görə, Ronaldinyu hazırda klubu tərk etməyə hazırlaşır. Səbəbsə klub azarkeşləri ilə münasibətlərin mürəkkəbliyidir.

İdman.com.az saytının məlumatına görə, fanatlar futbolçunu «İnternasyonal»la oyun zamanı təhqir edirdilər. Sonradan «Facebook»da onun əleyhinə səhifə hazırlandı, üstəlik azarkeşlər mitinq də keçirməyi planlaşdırırdılar.
Bütün bunlarla yanaşı, klubun da Ronaldinyuya 2,5 milyon dollar borcu var. Bu isə müqavilənin vaxtından əvvəl pozulmasına səbəb ola bilər.

Xəbər 1134 dəfə oxundu.