Azərbaycan idmançısı kəmər güləşi üzrə dünya çempionu olub
Dekabrın 23-də Qazaxıstanın paytaxtı Nur-Sultanda kəmər güləşi üzrə dünya çempionatına keçirilib.

Mundialda 100 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Camal Feyziyev birinci görüşündə Çin idmançısını məğlub edib. Qırğızıstan təmsilçisini təmiz qələbə ilə üstələyən idmançımız yarımfinalda özbəkistanlı rəqibinə qalib gəlib. C.Feyziyev finalda İran təmsilçisini udaraq dünya çempionu adını qazanıb.
Yarışda ədaləti hakim Rəsul Həsənov qoruyub.

Qeyd edək ki, çempionata 30 ölkədən 200 idmançı qatılıb.


Xəbər 790 dəfə oxundu.