Qılıncoynatma üzrə Bakı çempionatının qalibləri müəyyənləşib
Azərbaycan Texniki Universitetinin İdman Sarayının qılıncoynatma zalında şpaqa və sablya üzrə Bakı çempionatı keçirilib.

Yarışda oğlanlar arasında sablyada Cavanşir Ağakişiyev və şpaqada Ruslan Həsənov fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Qızların mübarizəsində isə sablyada Zərifə Hüseynova və şpaqada Nazilə Rəhimova birinci olublar.

Turnirin mükafatçıları Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Qılıncoynatma Federasiyası tərəfindən diplom və medallarla təltif olunublar.

Xəbər 917 dəfə oxundu.