Sumqayıtda cüdo məşqçiləri və yeniyetmə idmançılar üçün seminar keçirilib
Azərbaycan Cüdo Federasiyası Sumqayıt təlim-məşq bazasında məşqçilər və yeniyetmə idmançılar üçün seminar keçirib.

Seminara Sumqayıtın tanınmış cüdo xadimləri, perspektivli kiçikyaşlı yeniyetmə cüdoçular və məşqçi-müəllimlər qatılıblar.

Tədbirdə federasiyanın məşqçilər komitəsinin sədri Hacıağa Hacıəhmədov, yarışların təşkili və keçirilməsi komitəsinin rəhbəri Ağayar Axundzadə cüdoçuların tәlim-mәşq prosesi metodikasından danışıblar. Mәşqçilәrin yeniyetmә cüdoçularla iş prosesindә sadә hәrәkәtlərdәn başlayıb mürәkkәb hərəkətlərə necә keçmәk lazım olduğu izah edilib. Onlara Azərbaycan Cüdo Federasiyası tərəfindən hazırlanan və dan tələbləri əks olunan tədris vasitələri təqdim olunub. Eyni zamanda, vurğulanıb ki, bu gün Sumqayıtda cüdonun inkişafı, gənclər arasında sevilməsi və bu növə marağın artırılması üçün hər bir şərait yaradılıb.

Mütəmadi olaraq, federasiya tərəfindən mütəxəssislər Sumqayıta dəvət olunur, məşqçilər və idmançılar üçün seminarlar keçirilir.

Sonra mәşqçi-müəllimləri maraqlandıran suallar cavablandırılıb.

Xəbər 723 dəfə oxundu.