«Çelsi»nin təklifləri
London «Çelsi»sinin rəhbərliyi Roberto Di Matteoya 1 illik müqavilə təklif edib. Komandanı qitə zirvəsinə yüksəltmiş italiyalı mütəxəssisin ixtiyarına transfer üçün də az pul verilməyəcək. «Lill»in oyunçusu Eden Hazar klubun ən bahalı futbolçusu oldu. 90 milyon funt dəyərində olan belçikalı iki Mançester klubunun da təkliflərini nəzərdən keçirsə də, yekunda Çempionlar Liqasının qalibini seçdi.

İdman.com.az saytının məlumatırna görə, heyəti gəncləşdirən Roman Abramoviç 21 yaşlı futbolçunu 5-illik müqavilə ilə sıraya qatdı. «Lill» bu transferdən 32 milyon funt əldə edəcək. Hazarın həftəlik 200 min funtluq maaşıqı, 10 milyon funt bonusunu da nəzərə alanda, futbolçunun dəyəri 90 milyona çatır.

«Çelsi» Halkı da sıralarına qatmağa yaxındı. «Portu»dan əvvəllər futbolçunu almaq istəyənin 80 milyon funt ödəməli olduğunu söyləsələr də, indi tərəflər 38 milyonluq sazişə razılaşmağa yaxındılar.

Xəbər 1064 dəfə oxundu.