Nuri Şahin: «Gələn mövsüm mənim olacaq»
Madrid «Real»ının türk yarımmüdafiəçisi Nuri Şahin klubda karyerasını davam etmək istəyini bildirib: «Təəssüf edirəm ki, ötən mövsüm çoxsaylı zədələr səbəbindən mənim üçün uğursuz alındı. Ümumiyyətlə, «Real»da uğur qazanmaq elə də asan deyil. Özü də birinci ilində. Əminəm ki, növbəti mövsüm mənim olacaq. Həyat mənə bir çox sürprizlər bəxş edib. Ancaq indi «Real»da Çempionlar Liqasını qazanmaq barədə düşünürəm. Əgər bu, baş verərsə, dünyanın ən xoşbəxt insanı olaram».

İdman.com.az saytının məlumatırna görə, Nuri Şahin baş məşqçi Joze Maurinyo ilə bağlı fikirlərini də açıqlayıb: «Maurinyo çox tələbkardı. O, oyunçulardan bacardıqları ən yaxşı şeyləri göstərməyi tələb edir. Əgər futbolçu onun istədiyini edirsə, rahatca onu tərifləyə bilər».

Xəbər 1026 dəfə oxundu.