Azərbaycan Türkiyədə keçiriləcək V İslam Həmrəyliyi Oyunlarının təqdimatında təmsil olunub
Türkiyədə Konyanın V İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi ilə əlaqədar təntənəli imzalanma mərasimi keçirilib.

Mərasimdə Türkiyənin İdman və Gənclər naziri, ölkənin Olimpiya Komitəsinin prezidenti, Konya şəhər bələdiyyəsinin rəhbəri, idman federasiyalarının prezidentləri və diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Azərbaycan tədbirdə İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin yeganə xanım üzvü, qurumun İdmanda Gender Bərabərliyi komitəsinin rəhbəri Könül Nurullayeva təmsil edib. Tədbir zamanı V İslam Həmrəyliyi Oyunlarının loqo təqdimatı keçirilib.

Könül Nurullayeva Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının təşkilati prosesində Azərbaycanın tətbiq etdiyi modellərdən danışıb, uğurun əsasını təşkil edən könüllülük fəaliyyətindən bəhs edib.

Xəbər 1105 dəfə oxundu.