Əmrə madridli oldu
Türkiyə yığmasının üzvü Əmrə Bəlözoğlu dünən Madriddə sağlamlıq müayinəsindən keçdikdən sonra İspaniya paytaxtının «Atletiko» klubu ilə 2 illik müqavilə imzalayıb. Müayinədən sonra futbolçu klub həkimi ilə birlikdə mətbuata açıqlama verib. «İnter»də oynadığı dövrdən italyanca bilən təcrübəli yarımmüdafiəçi, ispan mətbuatının bəzi suallarına ispanca cavab verməyə çalışdı.

Klinikadan çıxarkən əllərini qaldıraraq ispanca «Muy bien (Çox yaxşı)» deyən Əmrə bir İspan jurnalistin «Arda Madriddə bir mövsüm keçirməsinə baxmayaraq ispanca öyrənə bilmədi, sən isə ispanca danışmağa başladın» deməsinə «İtalyancanı bildiyimdən az da olsa İspanca fikrimi ifadə edə bilirəm» cavabını verdi.

İdman.com.az saytının məlumatırna görə, Əmrənin artıq keçmiş klubu «Fənərbağça»dan isə keçidlə bağlı «Klubumuzda forma geyindiyi müddət boyunca müvəffəqiyyətlərimizdəki payı və xidmətlərinə görə ona təşəkkür edir, bundan sonrakı futbol həyatında uğurlar diləyirik» arzuları ifadə olundu.

Xəbər 1184 dəfə oxundu.