"Qəbələ" uduzsa da...
15 yaşlı futbolçular arasında I Qəbələ kuboku davam edir. İdman.com.az saytının məlumatına görə, bu gün qrup oyunlarına yekun vuruldu. "A" qrupunda yer alan "Qəbələ" saat 10-00-da İspaniyanın "Vilyarreal" klubu ilə görüşdü. İlk hissədə rəqib əks hücumla 2 cavabsız qol vurdu. Növbəti yarıda meydan sahibləri daha fəallaşdı. Amma təhlükəli məqamlar öz məntiqi sonluğunu tapmadı. Əvəzində, "Vilyarreal" son dəqiqələrdə bir qol da vuraraq, oyunu qalib bitirdi - 3:0. Bu məğlubiyyət "Qəbələ"nin yüksək yerlər uğrunda mübarizə aparmaq şansını əngəllədi. Digər görüşdə İstanbul "Qalatasaray"ı Danimarkanın "Brondbü" kollektivi ilə heç-heçə etdi – 1:1.

"Qarabağ" komandası, eyni vaxtda "B" qrupunun lideri - Serbiyanın 15 yaşlı futbolçulardan ibarət millisi ilə üz-üzə gəldi. Şərqi avropalılar Ağdam klubunu üzərində böyük hesabla qalib gəldilər (6:0). İspaniyanın "Levante" komandası Niderland "Feyenoord"unun qapısından 3 cavabsız top keçirirək, növbəti mərhələyə adladı – 3:0.

Qeyd edək ki, ustalardan fərqli 15 yaşlı futbolçuların turnirində matç 45 deyil, 30 dəqiqə oynalınır.
Yarışın qaydasına əsasən, qrup qalibləri digər qrup ikincisi ilə üz-üzə gələcəklər. Sevinən tərəflər finalda, məğlublar 3-cü yer uğrunda görüşəcəklər. Üçüncü yeri tutanlar digər tərəfin dördüncüləri ilə üz-üzə gələcəklər. Sabah komandalar istirahət edəcəklər. Turnirə iyunun 3-də yekun vurulacaq.

Saat 19:00-da turnirin final mərhələsi start götürəcək. "Qəbələ" "Feyenoord"la, "Qarabağ" "Vilyarreal" ilə qarşılaşacaq.

Kamran HACI, Qəbələ

"A" qrupu
1. Qalatasaray 3 1 2 0 4-2 5
2. Brondbü 3 1 1 1 4-7 4
3. Vilyareal 3 1 1 1 4-2 4
4. Qəbələ 3 1 0 2 6-7 3

"B" qrupu
1. Serbiya 3 3 0 0 13-1 9
2. Levante 3 2 0 1 6-3 6
2. Feyenord 3 1 0 2 1-8 3
4. Qarabağ 3 0 0 3 1-9 0

Xəbər 990 dəfə oxundu.