Azərbaycan çempionatlarında növbəti oyunların başlama vaxtı və keçirilmə yeri dəqiqləşib
Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların başlama vaxtı və keçirilmə yeri dəqiqləşib.

Qadın voleybolçuların Super Liqasında birinci turun ikinci matçı dekabrın 20-nə təsadüf edəcək.

Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Kompleksində baş tutaq qarşılaşmada “Mübariz” debüt oyununa çıxacaq. Komandanın rəqibi “Murov” olacaq. Görüşün start fiti 15:00-da veriləcək. Ertəsi gün eyni saatda isə zal kişi voleybolçuların mübarizə apardığı Yüksək Liqa təmsilçilərinin ixtiyarında olacaq. “MOİK” “Azərreyl”lə münasibətinə aydınlıq gətirəcək.

Qeyd edək ki, birinci turda Super Liqada “Azərreyl” “Abşeron”a 3:1, Yüksək Liqada isə “Neftçi” “Murov”a 3:0 hesabı ilə qalib gəlib.

Xəbər 721 dəfə oxundu.