İdman Araşdırmalar Mərkəzi “İlin qalibləri-2019” sorğusunun nəticələrini açıqlayıb
İdman Araşdırmalar Mərkəzi dekabrın 19-da "İlin qalibləri-2019" layihəsi üzrə mükafatçıları elan edib. Qaliblərin adları Bakı Olimpiya Stadionunda təşkil olunan "7 qalib" adlı mərasimdə açıqlanıb.

Qeyd edək ki, İAM-ın 50-dən çox idman jurnalisti arasında apardığı sorğunun nəticələrinə əsasən, aşağıdakı nominasiyalar üzrə qaliblər müəyyən ediliblər.

İlin idmançısı - Teymur Rəcəbov (Şahmat)

İlin komandası - Şahmat üzrə qadınlardan ibarət Azərbaycan millisi

İlin futbolçusu - Emil Balayev (“Tobol”, Qazaxıstan)

İlin əcnəbi futbolçusu - Abdullah Zubir (“Qarabağ”)

İlin idman xadimi - Mahir Məmmədov (Azərbaycan Şahmat Federasiyasının və Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti)

İlin baş məşqçisi - Qurban Qurbanov (“Qarabağ”)

İlin idman qurğusu - Bakı Olimpiya Stadionu

Bundan başqa, bir sıra şəxslərə xüsusi mükafatlar təqdim edilib:

"Minsk 2019" II Avropa Oyunlarının Əməliyyat Komitəsində layiqincə təmsil etdiyi üçün - Samir Məzahir oğlu Məmmədov

Uşaq idmanının inkişafına verdiyi dəstəyə görə - Tofiq Mirhəsən oğlu Heydərov

İlin ən çox kütləvi tədbir təşkil edən idman qurğusu - Şamaxı Olimpiya Kompleksi

Azərbaycan Premyer Liqasında 2018/2019 mövsümünün futbolçusu - Emin Mahmudov (“Neftçi”)

Mükafatlandırma mərasminin təşkilinə verdikləri dəstəyə görə, sponsorlar – "IlAzero" və "Dadlı Naxçıvan Məhsulları"na, informasiya dəstəkçisi "Report" İnformasiya Agentliyinə də İAM-ın fəxri fərmanları təqdim edilib.

Xəbər 716 dəfə oxundu.