Ulu öndər Heydər Əliyevin xatirəsinə futbol turniri keçiriləcək
Dekabrın 20-də Azərbaycan Texniki Universitetin idman zalında futbol turniri keçiriləcək.

AFFA və www.brendsport.az saytının təşkilatçılığı ilə baş tutacaq turnir ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 50 illik yubileyinə həsr olunub.

“İlhamlı qələbələr” adlı turnirdə jurnalistlər, incəsənət nümayəndələrinin və tanınmış idmançıların iştirakı nəzərdə tutulub.

Xəbər 717 dəfə oxundu.