“AZE Naxçıvan-Köln” futbol klubunun Almaniyada təqdimatı olacaq
Gələn il fevralın 15-də “AZE Naxçıvan-Köln” futbol klubunun təqdimat mərasimi keçiriləcək.

Mərasim “AZE Naxçıvan-Köln”ün Almaniyadakı bazasında baş tutacaq.

Tədbirə Almaniyadan, Türkiyədən və müxtəlif ölkələrdən idman ictimaiyyətinin nümayəndələri, eyni zamanda alman mediası dəvət olunacaq.

Bundan başqa Azərbaycandan da idman ictimaiyyətinin tanınmış simaları, eyni zamanda futbola maraq göstərən müxtəlif ictimai-siyasi xadimlər, incəsənət adamları və media nümayəndələri dəvətlilər sırasında olacaq.

Tədbirdə eyni zamanda klubun planları haqqında məlumat veriləcək. Həmçinin klubun forması və saytı təqdim olunacaq.

Xəbər 685 dəfə oxundu.