Hemilton Şumaxerlə müqayisə olunmasına reaksiya verib
“Mersedes”in pilotu, altıqat dünya çempionu Luis Hemilton birincilik tarixində ən adlı-sanlı pilot, yeddiqat çempion Mixael Şumaxerlə müqayisə olunmasını şərh edib.

BBC pilotun bu sözlərini sitat gətirib: “Bilirsiniz, düzünə qalsa, mən rekordlara baxmıram. Yalnız onu xatırlayıram ki, balaca olanda Şumaxerin titulları necə qazandığına tamaşa edirdim. Mənim adımın onunla bir cümlədə xatırlanması bu gün hətta bir qədər sürrealist səslənir. Bu, mənim üçün böyük şərəfdir və ailəm bununla qürur duyur”.

Hemilton Formula 1-də 2007-ci ildən çıxış edir. Britaniyalı 2008-ci ildə “Maklaren”in heyətində çempion olub. Luis 2013-cü ildən “Mersedes”in pilotudur, beş titulu onun heyətində qazanıb.

AZƏRTAC


Xəbər 689 dəfə oxundu.