Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşı dünya çempionatında birinci olub
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) əməkdaşı Nicat Xosrovzadə Moskvada keçirilən “World Raw Powerlifting” dünya çempionatında birinci yerə layiq görülüb.

N.Xosrovzadə 125 kiloqram çəki dərəcəsində 360 kiloqram ağırlığı qaldıraraq mötəbər yarışın qalibi adını qazanıb.

AZƏRTAC

Xəbər 888 dəfə oxundu.