Kadetlər arasında kikboksinq turnirinin qalibləri müəyyənləşib
Azərbaycan Kikboksinq Federasiyasının (AKF) təşkilatçılığı ilə kadetlər arasında Bakı Həvəskar və Peşəkar Kikboksinq klubunun açıq birinciliyi keçirilib.

Yarışda 150-dən çox idmançı birincilik uğrunda mübarizə aparıb.

Komanda hesabında Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzinin kikboksçuları birinci yeri tutublar. “Ağ canavar”ın təmsilçiləri ikinci, “Kobra” komandası üçüncü pillədə qərarlaşıblar.

Xəbər 1025 dəfə oxundu.