Ağır atletika üzrə XIX açıq Bakı turnirində 70-ə yaxın idmançı iştirak edəcək
Dekabrın 21-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə ağır atletika üzrə XIX açıq Bakı turniri keçiriləcək.

Yarışda Bakı, Sumqayıt, Qobustan, Gəncə, Neftçala, Şamaxı, Cəlilabad, Lənkəran və İsmayıllıdan 70-ə yaxın atlet iştirak edəcək.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) və Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) birgə təşkilatçılığı ilə keçiriləcək turnirdə 17 yaşadək olan idmançılar 10 çəki dərəcəsində öz qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, yarışın qaliblərinə AAAF və BŞGİBİ tərəfindən diplom, medal və pul mükafatları təqdim olunacaq.

Xəbər 991 dəfə oxundu.