Azərbaycan Voleybol Federasiyasının əməkdaşı CEV tərəfindən yeni təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) baş əlaqələndiricisi Zöhrab Gözəlbəyli Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb.

Azsport.az AVF-yə istinadla xəbər verir ki, təmsilçimiz Çexiyanın Olomouts şəhərində qadın voleybolçular arasında CEV kubokunun 1/16 final mərhələsinin cavab matçında supervayzer olacaq.

Dekabrın 19-da təşkil ediləcək qarşılaşmada yerli “Olomouts”la “Busto Arsizio” (İtaliya) üz-üzə gələcək.

Xəbər 724 dəfə oxundu.