Dünya çempionatında 11 şahmatçımız mübarizə aparacaq
Dekabrın 26-dan 30-dək Moskvada rapid və blits üzrə dünya çempionatı keçiriləcək.

Dünya çempionatında Azərbaycanı 10 şahmatçı təmsil edəcək.

Kişilər arasında Şəhriyar Məmmədyarov, Eltac Səfərli, Qədir Hüseynov, Rauf Məmmədov, Namiq Quliyev, Aydın Süleymanlı mübarizə aparacaqlar. Qadın şahmatçıların yarışında isə Zeynəb və Türkan Məmmədyarovalar, Gülnar Məmmədova, Günay Məmmədzadə və Ülviyyə Fətəliyeva iştirak edəcəklər.


Xəbər 649 dəfə oxundu.