Badmintonçumuz Türkiyədə keçirilən beynəlxalq turnirə qələbə ilə başlayıb
Ankarada “Turkey Junior Open 2019” beynəlxalq badminton turniri davam edir.

19 yaşadək badmintonçuların qatıldığı yarışda idmançılarımız 5 kateqoriyada 6 iştirakçı ilə təmsil olunur.

Cavanşir Əlizadə, Vahid Quliyev və Teymur Abbasovdan ibarət məşqçilər korpusun rəhbərliyi altında qadın badmintonçuların şəxsi yarışında Nigar Əliyeva 1/32 finalda yerli idmançı Ezgi Hazal Ulusa 2:0 hesabı ilə qalib gəlib. İdmançımız onaltıdabir finalda digər türk idmançı Çağla Özayyıldızla qarşılaşacaq.

Qeyd edək ki, “Turkey Junior Open 2019” turnirinə dekabrın 18-də yekun vurulacaq.

Xəbər 997 dəfə oxundu.