Tale Heydərov: «Qəbələ» Azərbaycan futbolunun inkişafı üçün çalışır
«Qəbələ» futbol klubu uşaq futboluna xüsusi önəm verir. «Qəbələ» futbol akademiyasını yaradan ilk komanda olub». İdman.com.az saytının məlumatına görə, bunu I beynəlxalq Qəbələ kubokunun açılışında komandanın prezidenti Tale Heydərov deyib. Onun sözünə görə, uğur əldə etmək üçün birinci növbədə yaxşı infrastruktur olmalıdır. «Qəbələ» buna çalışır. Sitat:

«Bu gün Qəbələdə baş tutan I beynəlxalq Qəbələ kuboku yüksək vəziyyətdə olan stadionlarda keçirilir. 2014-cü ildə əsas arenamız da istifadəyə veriləcək. Transfer çalışmalarımız da davam edir. Azərbaycan futbolunun daha inkişafı üçün səylərimizi bundan sonra da davam etdirəcəyik».

Kamran, Qəbələ

Xəbər 3372 dəfə oxundu.