Üzgüçülük üzrə açıq turnirdə 150-yə yaxın idmançı iştirak edib
Bakı Su İdmanı Sarayının təşkilatçılığı ilə üzgüçülük üzrə açıq turnir keçirilib.

Turnirdə 28 klubdan 150-yə yaxın idmançı birincilik uğrunda mübarizə aparıb.

Açıq turnirdə 2008–2012-ci il yaş qrupunda olan üzgüçülər 200 metr məsafəyə qarışıq, 100 metr məsafəyə isə baterflay, arxasıüstə, bras və krol üsulları üzrə yarışıblar.

İlk üç yeri tutan idmançılara diplom və medallar təqdim olunub.


Xəbər 1318 dəfə oxundu.