Mas-reslinq üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
Abşeron Olimpiya İdman Kompleksində keçirilən mas-reslinq üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib.

Ölkə birinciliyində 10 regiondan 100 idmançı iştirak edib. Yarışda gənclər və böyüklər öz qüvvələrini sınayıblar.

Oğlanların mübarizəsində Rəsul Səfərov (60kq), Mikayıl Mikayıllı (70 kq), Orxan Xanlarov (80 kq), Xəyyam Orucov (90 kq), Cahangir Yaqubov (105 kq) və Vüsal Orucov (125 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Qızların yarışında isə Şəfəq Məmmədova (55 kq), Günel Vəliyeva (60 kq) və Nərgiz İbrahimova (75 kq) birinci olublar.

Qeyd edək ki, yarışın qalibləri Gənclər və İdman Nazirliyi və Azərbaycan Sumo Federasiyası tərəfindən diplom və medallarla təltif olunublar.

Xəbər 673 dəfə oxundu.