Ronaldu ilə tək bacarmaq olmaz

Almaniya seçməsinin baş məşqçisi Yoaxim Löv komandasının avropa çempionatına hazırlığı ilə bağlı açıqlama verib. «idman.com.az» «goal.com»a istinadən bildirir ki, müsahibəsi zamanı bundestimin sükançısı rəqiblərdən də danışıb. Onun Kriştğianu ronaldu ilə bağlı açıqlaması maraq doğurub. «Ronalduya qarşı bir oyunçu ilə çıxmağın heç bir mənası yoxdur. O, əla formadadır və təkbaşına onunla heç kim bacara bilməz. Buna görə də onun «keşiyini» 3-4 futbolçu çəkməlidir. Bununla onun sürtəli sıçrayışlarının qarşısını almaq olar. Ona qarşı Filip lam oynayacaqmı? – suala caıabı və qəti qərarı yalnız Polşada verəcəyəm.


Xəbər 998 dəfə oxundu.