Avro-2012: Açılışda nə olacaq?

İyunun 8-də Varşavada qitə çempionatının açılış mərasimi olacaq. Təşkilatçılar elan ediblər ki, Polşa ilə Yunanıstanın qarşılaşmasından 20 dəqiqə əvvəl təşkil olunacaq şouda milli adət-ənənələrə söykənən idman və mədəniyyətin vəhdəti nümayiş olunacaq.
«idman.com.az» UEFA-nın rəsmi saytına istinadən bildirir ki, tədbirin konsepsiyasını İtaliyanın «Filmmaster Events» şirkətinin icraçı prodüseri və yaradıcı direktoru Marko Baliç hazırlayıb. O, 2006-cı olimpiadasınının açılış mərasimində iştirakı ilə məşhurdur. Ukraynada isə o, «Donbass Arena»nın açılış mərsimini təşkil edib. Şou cəmi 12 dəqiqə sürəcək. Mərasimdə məşhur macar pianoçusu Adam Dyord Şopenin fortepiano üçün etüdü ilə çıxış edəcək. Mərasimin xoreoqrafiya hissələrinin təşkilinə 63 ölkədən 800 könüllü cəlb olunub.
Açılış mərasimin 150 milyondan artıq insanın televiziya ilə izləməsi gözlənilir.

Xəbər 857 dəfə oxundu.